Sentyabr ayının 19-da rayonumuzda şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı
mövzusunda hesabat xarakterli iclas keçirildi. İclasda Xocalı rayon İcra
Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanları, idarə,
müəssisə və təşkilat rəhbərləri iştirak etdilər.
Xocalı rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını
fəda etmiş şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi.
Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov ölkəmizdə şəhid və qazi ailələrinə
göstərilən diqqət və qayğıdan danışaraq bildirdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin,
şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin
vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil
edir.
Şahmar Usubov çıxışında qeyd etdi ki, əgər Bütöv
Azərbaycanı görmək istəyiriksə, bu ideologiyanın həyata keçməsini ürəkdən
arzulayırıqsa, onda mübarizəni daha güclü davam etdirməliyik. Görünür ki,
Cənubi Qafqazda siyasi proseslər genişlənir. Dünyada həm pandemiya səbəbindən,
həm də müharibə səbəbindən vəziyyət qarışıqdır. Buna görə də biz həmişə
həmrəylik nümayiş etdirməli, dövlətçiliyimizə bağlı olmalı və onu qorumalıyıq.
Sonra söz Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə
işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyevə verildi. Şəhriyar Quliyev
məruzə ilə çıxış edərək rayonumuzda şəhid və qazi ailələrinin, müharibə
vetaranlarının işlə təminatı, onların problemlərinin həllinə
göstərilən köməkliklər barəsində məlumat verdi. O, çıxışında bildirdi ki, İkinci Qarabağ müharibəsi zamanı Xocalı rayonundan 164
nəfər iştirak etmişdir. Onlardan 8 nəfəri şəhid, 10 nəfəri qazi və 146 nəfəri
müharibə veteranıdır. 8 nəfər şəhidin 3 nəfəri ailəli, 5 nəfəri subay olmuşdur.
8 nəfər şəhidimizdən 7 nəfəri hərbi qulluqçu, 1 nəfəri könüllü olaraq
döyüşlərdə iştirak etmişdir. Şəhid ailələri və qazilər daim diqqətdə
saxlanılır, onlarla mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri
ilə bağlı müvafiq işlər görülür. İşsiz şəhid ailə üzvləri və qazilərin işlə
təmin olunması üçün tədbirlər görülür. Ümumilikdə 20 nəfər - 10 nəfər şəhid ailəsi və 10 nəfər qazi
yaşayış sahəsinə ehtiyac qismində mənzil növbəsinə götürülmüşdür.
01.09.2022-ci
il tarixə kimi şəhid ailələri və qazilərə ümumilikdə 31530 manat maddi yardım,
9100 manat ərzaq yardımı edilmişdir.
164 nəfər
müharibə iştirakçılarından 65 nəfəri Xocalı şəhər sakini, 51 nəfəri
Kərkicahan qəsəbə, 27 nəfəri Kosalar kəndi, 15 nəfəri Cəmilli kəndi və 6 nəfəri
Meşəli kəndi sakinləridir. 65 nəfər Xocalı şəhər sakinlərindən 4 nəfər şəhid, 4
nəfər qazi və 57 nəfər müharibə veteranıdır. 51 nəfər Kərkicahan qəsəbə
sakinlərindən 2 nəfər şəhid, 4 nəfər qazi və 45 nəfər müharibə veteranıdır. 27
nəfər Kosalar kənd sakinindən 2 nəfər şəhid, 1 nəfər qazi və 24 nəfər müharibə
veteranıdır. 6 nəfər Meşəli kənd sakinindən 1 nəfər qazi və 5 nəfər müharibə
veteranıdır. 15 nəfər Cəmilli kənd sakinləri müharibə veteranıdır.
57 nəfər
Xocalı şəhər müharibə veteranlarından 22 nəfər könüllü, 15 nəfər əsgər 1 nəfər
zabit, 2 nəfər gizir və 17 nəfər MAHHXHQ kimi döyüşlərdə iştirak etmişdir.
Müharibədən sonra 11 nəfər işlə təmin olunmuşdur. Hal-hazırda 22 nəfər
işsizdir.
45 nəfər
Kərkicahan qəsəbə Müharibə veteranlarından 17 nəfər könüllü, 15 nəfəri əsgər, 2
nəfər zabit və 11 nəfər MAHHXHQ kimi döyüşlərdə iştirak etmişdir. Müharibədən
sonra 11 nəfər işlə təmin olunmuşdur. Hal-hazırda 23 nəfər işsizdir.
24 nəfər
Kosalar kənd Müharibə veteranlarından 12 nəfər könüllü, 6 nəfər əsgər, 2 nəfər
zabit və 4 nəfər MAHHXHQ kimi döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra 4
nəfər işlə təmin olunmuşdur. Hal-hazırda 13 nəfər işsizdir.
15 nəfər
Cəmilli kənd Müharibə veteranlarından 5 nəfər könüllü, 5 nəfər əsgər, 1 nəfər
zabit və 4 nəfər MAHHXHQ kimi döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra 1
nəfər işlə təmin olunmuşdur.
5 nəfər
Meşəli kənd Müharibə veteranlarından 3 nəfər könüllü, 1 nəfər əsgər və 1 nəfər
MAHHXHQ kimi döyüşlərdə iştirak etmişdir. İşlə təmin olunan yoxdur.
Daha
sonra rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrində, rayonumuzun səhiyyə, təhsil, polis idarələrində, həmçinin digər idarə,
müəssisələrdə şəhid və qazi ailələrinin işlə təmin olunması, bu kateqoriyadan olan
sakinlərimizə göstərilən köməkliklər barəsində müvafiq idarələrin rəhbərləri
məlumat verdilər.
Xocalı
rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev iclasda
çıxış edərək rayonumuzda fəaliyyət göstərən idarə, müəssisələrin, vətəndaş
cəmiyyəti birliklərinin, qeyri hökümət təşkilatlarının İctimai Şura ilə birgə
fəaliyyətinin vacibliyini vurğuladı.
Rayonumuzun
icra başçısı iclasın sonunda hər bir idarə, müəssisə rəhbərlərinə müharibə
veteranlarına, şəhid və qazi ailələrinə diqqət və qayğını gücləndirməyi, onların
yanında olmağı, sosial problemləri ilə mütəmadi maraqlanmağı tapşırığını
verdi.